Türkiyə futbolunda derbi oyunlarla bağlı azarkeş qadağası qüvvədə qalıb
Türkiyə futbolunda derbi oyunlarla bağlı azarkeş qadağası qüvvədə qalıb. Ötən mövsümdə olduğu kimi, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın bir-biri ilə oynadığı matçlarda qonaqlar azarkeşlərini səfərə apara bilməyəcəklər.

Bununla, ilk zərbəni “Qalatasaray” alacaq. Belə ki, son çempion Superliqanın II turunda avqustun 26-da “Beşiktaş”ın qonağı olacaq. İstanbul təhlükəsizlik qurumunun toplantısında çıxarılan qərara əsasən, “Cim Bom” azarkeşlərinin bazar günü “İsmət İnönü” stadionuna daxil olmalarına izn verilməyəcək.

Xəbər 899 dəfə oxundu.