Teqbol üzrə ilk Azərbaycan kuboku yarışının püşkü atılıb
Dekabrın 21-də teqbol üzrə ilk Azərbaycan kuboku yarışının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticəsinə əsasən A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan kuboku yarışı dekabrın 22-23-də “Marafon” idman klubunun bazasında keçiriləcək.

Turnirin qaliblərinə pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.

Xəbər 302 dəfə oxundu.