Azərbaycan güləşçisi İslam Abbasov Fransa çempionu olub
Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb. Millimizin üzvü 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kiloqram çəki dərəcəsində erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində güləşçimizin komandası 5:6 hesabı ilə geridə olub. Məhz İ.Abbasovun 94 kiloqram çəki dərəcəsində Mişonu 9:0 hesabı ilə məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.

Xəbər 340 dəfə oxundu.