Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti məlum olub
Azərbaycan Triatlon Federasiyasının (ATF) ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra ATF prezidenti Azər Məhərrəmov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Elçin Əliyev qurumun yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrnin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Elçin Əliyev çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, Elçin Əliyev Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkət sayılan SINAM LTD-nin banisi və hazırkı rəhbəridir. Şirkət bundan başqa "Kür" markalı kompüterlərin istehsalçısıdır.

Xəbər 721 dəfə oxundu.