"Barselona"nın qolkiperi Viktor Valdes haqqında məhkəmədə iddia qaldırılıb
"Barselona"nın qolkiperi Viktor Valdes haqqında məhkəmədə iddia qaldırılıb. Buna səbəb onun sürücülük vəsiqəsi olmadan yaxta sürməsidi.

Qapıçı özünə aldığı böyük yaxtanı sürərkən İspaniya sahillərində polis tərəfindən saxlanılıb. Üstəlik Valdes dəniz polislərinə saxta sürücülük vəsiqəsi təqdim edib.

Saxtakarlığa görə təcrübəli futbolçunun cəzası daha ağır ola bilər. İspaniya qanunlarına görə, uzunluğu 4 metri keçən nəqliyyat vasitələrini idarə etmək üçün beynəlxalq sertifikat lazımdı.

Araşdırma nəticəsində Viktorun belə bir sertifikatı olmadığı üzə çıxıb. İstintaqın nəticəsi qarşıdakı günlərdə açıqlanacaq.

Xəbər 1139 dəfə oxundu.