Atletika idman növü üzrə keçirilmiş seminarın iştirakçılarına sertifikatlar təqdim olunub
Beynəlxalq Olimpiya Komitəsi və Dünya Atletikasının dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Atletika Federasiyasının birgə təşəbbüsü ilə 2021-2022-ci illər üzrə məşqçilər üçün təşkil edilən beynəlxalq dərəcəli seminar başa çatıb.

Seminar iştirakçılarına sertifikatların təqdimetmə mərasimində çıxış edən MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi, Dünya Atletika Təşkilatının təsdiq etdiyi Rusiya Federasiyasından olan beynəlxalq ekspert Oktay Mirzoev dekabrın 17-20-də yerli məşqçilər üçün atletika üzrə seminar keçirib. MOK-un inzibati binasında təşkil olunan seminar Azərbaycanda atletika idman növünün inkişaf etdirilməsinə xidmət edir.

Dekabrın 26-dək Azərbaycanda səfərdə olacaq Oktay Mirzoev bölgələrə də səfər edəcək, regionlarda atletikanın vəziyyəti, inkişaf dinamikası ilə tanış olacaq.

Qeyd edək ki, beynəlxalq ekspert Oktay Mirzoev gələcəkdə atletika üzrə strateji yol xəritəsi və inkişaf planı hazırlayacaq.

Xəbər 305 dəfə oxundu.