Avstraliyalı tennisçi Eşli Barti son 100 həftəni ardıcıl olaraq dünya reytinq cədvəlinin birinci pilləsində başa vurub
Dünyanın bir nömrəli tennisçisi avstraliyalı Eşli Barti son 100 həftəni ardıcıl olaraq dünya reytinq cədvəlinin birinci pilləsində başa vuran beşinci raketka ustası kimi tarixə düşüb.

O, Qadın Tennisçilər Assosiasiyasının (WTA) təşkil etdiyi ilin yekun turnirinə qatılmasa da, reytinq cədvəlində birinci pillədəki mövqeyi dəyişməyib. 2021-ci ili də reytinq cədvəlinin lideri kimi başa vuran Eşli Barti demək olar ki, dünyanın bir nömrəli qadın raketka ustası adını 100 həftə ardıcıl özündə saxlayıb. Avstraliyalı tennisçi bu göstəricisinə görə dünya tennis tarixində beşinci yerdə qərarlaşıb.

Bu kateqoriya üzrə ən yüksək göstəricilər Serena Uilyams və Şteffi Qraf (hərəyə 186 həftə), Martina Navratilova (156) və Kris Evertə (113) məxsusdur.

Xəbər 422 dəfə oxundu.