“Azərbaycana səfərimiz milli üçün çox faydalı olacaq"
“Azərbaycana səfərimiz milli üçün çox faydalı olacaq. Avropada keçirəcəyimiz qarşılaşmalar futbolçularımızın beynəlxalq təcrübəsini artıracaq”. Bu sözləri Zambiya Futbol Assosiasiyasının mətbuat katibi Erik Muanza deyib.

O, ölkəsinin 17 yaşadək qızlardan ibarət milli komandasının Azərbaycana səfəri və yığmamızla keçirəcəyi yoxlama oyunları haqda danışıb: “Millimiz Avropa turnesində nəyə qadir olduğunu göstərməlidir. Biz ölkəmizin idman nazirliyinə təşəkkür edirik ki, bizə belə imkan yaradıb. Onların dəstəyi ilə dekabrda keçiriləcək Afrika çempionatının oyunlarına daha yaxşı hazırlaşa biləcəyik”.

Qeyd edək ki, Azərbaycan və Zambiya yığmaları sentyabrın 2-də və 4-də Bakıda qarşılaşacaq.

Xəbər 860 dəfə oxundu.