Şahmatçılarımız İspaniyada blits turnirində iştirak ediblər
İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalının blits yarışına yekun vurulub.

Turnirdə Azərbaycan şahmatçıları - Məhəmməd Muradlı və Aydın Süleymanlı doqquz turdan sonra altı xalq qazanaraq 10-21-ci yerləri bölüşüblər. Digər təmsilçimiz Amil Abbasov beş xal toplayıb.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 100-dən çox şahmatçı iştirak edib.

Xəbər 278 dəfə oxundu.