Qılıncoynatma üzrə gənclər arasında Bakı birinciliyinə yekun vurulub
Qılıncoynatma üzrə gənclər arasında Bakı birinciliyinə yekun vurulub.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə 2002-2009 təvəllüdlü oğlanlar və qızlar arasında sablya, şpaqa və rapira üzrə yarışlarda qaliblər müəyyənləşib.

Azərbaycan Qılıncoynatma Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbər 281 dəfə oxundu.