AFFA-nın icraçı vitse-prezidenti Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəhbəri ilə görüşüb
Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti, səyyah Fərid Novruzi dünya səyahətini 158 günə tamamlayıb. Səyahət çərçivəsində o, dünyanın 6 qitəsinə səfər etmiş, heç bir hava nəqliyyatından istifadə etmədən 60 min kvadratkilometr məsafə qət edib, ekvatoru şimaldan cənuba və cənubdan şimala olmaqla iki dəfə keçib, dünyanın iki antaqonist nöqtəsində olub. Bütün bunları 158 günə tamamlayan F.Novruzi daim doğma Azərbaycan bayrağını səyahət etdiyi əksər ölkələrin ən görməli, əhəmiyyətli yerlərində dalğalandırıb.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu münasibətlə Fərid Novruzi ilə görüşüb, səyahətini müvəffəqiyyətlə başa vurması münasibəti ilə onu təbrik edib.

Xəbər 273 dəfə oxundu.