Bakının “Neftçi” klubuna yeni idman direktoru təyin olunub
Bakının “Neftçi” futbol klubuna yeni idman direktoru təyin olunub. Bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.

37 yaşlı mütəxəssis 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş, üç bürünc medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/2019-cu il mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Z.Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.

Xəbər 283 dəfə oxundu.