Şahmatçılarımız blits və rapid üzrə dünya çempionatında iştirak edəcəklər
Dekabrın 25-də Varşavada blits və rapid üzrə dünya çempionatı start götürəcək.

Çempionatda Azərbaycanı kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə təmsil edəcəklər.

Qadınların yarışında isə Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovalar, Xanım Balacayeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.

Dünya çempionatı dekabrın 31-dək davam edəcək.

Xəbər 314 dəfə oxundu.