“Təhsil” RİM şahmat üzrə respublika birinciliyinin final mərhələsinə start verilib
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Təhsil” RİM şahmat üzrə respublika birinciliyinin final mərhələsinə start verilib.

“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan final yarışında altı yaş qrupu üzrə 140 nəfər şahmatçı mübarizə aparır. Dekabrın 23-dək davam edəcək yarış pandemiya qaydalarına əməl olunmaqla keçirilir.

Final yarışlarında ilk üç yeri tutan şahmatçılar “Təhsil” RİM tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyev irsinin şagirdlərə çatdırılması, istedadlı şahmatçıların üzə çıxarılması, onların mərkəzin yaş qrupları üzrə yığma komandalarına cəlb edilməsi və şahmatçılar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Xəbər 271 dəfə oxundu.