Şahmatçılarımız beynəlxalq reytinqli blits turnirində iştirak ediblər
Bakı 3 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbində beynəlxalq reytinqli şahmat turniri keçirilib.

Blits üzrə keçirilən yarışda ən yüksək nəticəni Vüqar Manafov göstərib. Şahmatçı 9 turdan 8 xal toplayıb. İkinci yeri 7,5 xalla Fərid Mustafayev, üçüncü yeri isə 6,5 xalla Kənan Əhədzadə tutublar.

Turnir İsveçrə sistemi üzrə keçirilib.

Xəbər 444 dəfə oxundu.