Şahmatçımız İspaniyada festivalda liderlər qrupunda mübarizəni davam etdirir
İspaniyanın Sitjes şəhərində şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli 6 turun nəticəsinə görə 5 xalla liderlər qrupunda mübarizə aparır. Digər şahmatçılarımız - Aydın Süleymanlı, Məhəmməd Muradlı 4,5, Ülviyyə Fətəliyeva 4, Babək Cəfərli 3, Amil Abbasov 2,5, İlyas Qarayev 2 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.


Xəbər 293 dəfə oxundu.