Şahmatçımız Avropa çempionatında iştirak edib
Dekabrın 18-19-da Polşada rapid üzrə Avropa çempionatı keçirilib.

Turnirdə Azərbaycanı Vasif Durarbəyli təmsil edib. Şahmatçımız 11 turdan 8 xal toplayaraq 22-ci yerdə qərarlaşıb. Qitə çempionatının qalibi 9,5 xalla rusiyalı şahmatçı Aleksandr Matilyov olub. Rapid turnirində 28-i qrosmeyster olmaqla 600-ə yaxın şahmatçı mübarizə aparıb.

Xəbər 316 dəfə oxundu.