Joze Mourinyo “Barselona” ilə oyun öncəsi fikirlərini açıqlayıb
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya Superkuboku uğrunda əzəli rəqibi “Barselona” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Portuqaliyalı mütəxəssis bu titula biganəliyini nümayiş etdirib.

Mourinyo bildirib ki, Superkubok ona maraqlı deyil və çempionluğu qazanmağı daha üstün tutur: “Əgər Superkubokda məğlubiyyət futbolçularıma əlavə motivasiya verərsə və onlar sonradan çempionatı qazanarlarsa, mən qarşıdakı oyunlarda məğlubiyyəti üstün tutardım. Bu titul qazana biləcəklərimizin hamısı arasında ən vacibidir. Superkubokda necə çıxış edəcəyimizdən liqadakı vəziyyətimiz asılı olmayacaq. Rəqibimizə gəlincə, “Barselona”nın heyəti praktiki ötən mövsümdəki qalıb. Komandanın oyun üslubu da eynidir. Buna görə də onların bizi nə iləsə təəccübləndirəcəyini düşünmürəm”.

Qeyd edək ki, son çempion “Ral” kubokun sahibi “Barselona” ilə ilk Superkubok oyununu bu gün səfərdə keçirəcək.

Xəbər 880 dəfə oxundu.