İngiltərə Premyer Liqası: “Mançester Siti” qələbə qazanıb, “Çelsi” heç-heçə edib
Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunları keçirilib.

“Mançester Siti” səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olub. Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4. Pep Qvardiolanın yetirmələrinin heyətində Ruben Dias, Joao Kanselo, Riyad Mahrez və Rahim Sterlinq fərqləniblər.

Günün digər görüşü ötən tur liderliyini əldən verən “Çelsi” və “Volverhemton” komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada hesab açılmayıb. London təmsilçisi ardıcıl iki turdur qələbə qazana bilmir.

Gecənin ən maraqlı görüşü “Tottenhem” və “Liverpul” komandaları arasında baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə 20:30-da start götürəcək.

Xəbər 291 dəfə oxundu.