Marneulidə “Tea House” şahmat kursunun tələbələri kateqoriya yarışlarının qalibi olublar
Marneulidə fəaliyyət göstərən “Tea House” şahmat kursunun tələbələri Gürcüstan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən kateqoriya yarışlarında iştirak ediblər.

Məktəblilər dekabrın 17-18-də keçirilən V kateqoriya yarışlarında mübarizə apardılar.

Yarışda “Tea House" şahmat kursunun 28 üzvü iştirak edib. Onlardan 12-si növbəti mərhələyə vəsiqə əldə edib.

Kursun tələbələrindən Hüseyn Muradov birinci, Tahir Allahverdiyev ikinci, Rəvan Abdullayev isə üçüncü yerə sahib olublar.

Xəbər 348 dəfə oxundu.