Şaolin üzrə yığma komandamız dünya çempionatında uğurla çıxış edib
Ukraynanın Xarkov şəhərində şaolin döyüş sənətləri üzrə dünya çempionatı keçirilib.

Yarışda Azərbaycanı gənclərdən ibarət yığma komandanın baş məşqçisi Taleh Nağızadə və peşəkarlardan ibarət komandanın baş məşqçisi Ruhi Hüseynovun rəhbərliyi ilə idmançılar təmsil ediblər.

Yekun nəticəyə görə, böyüklər arasında Ağadədə Əliyev bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Gənclər arasında yarışda isə Tutu İsmayılova, Nəriman Cavadzadə, Valeh Sahratlı, Nicat Yusifov, Sabit Paşayev, Raul Qeybəliyev qalib adını qazanıblar. Seymur Yusifov, Əziz Əzizi, Tural Baloğlanov, Rəşad Fətiyev, İsa Bayramov, Turan Şirinov, Eşqin Hümbətov, Elşad Şükürov və Noğul Yusifov yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Digər təmsilçilərimiz Heydər Qasımzadə, Orxan Mehdiyev isə üçüncü yeri tutublar.

Xəbər 293 dəfə oxundu.