Yeniyetmə qılıncoynadanlar arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib
Yeniyetmə qılıncoynadanlar arasında Bakı birinciliyinə yekun vurulub.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə sablya, şpaqa və rapira üzrə 2005-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında qaliblər müəyyənləşib.

Belə ki, sablya üzrə oğlanlar arasında Ayxan Xasıyev, qızlar arasında Fidan Quliyeva birinci yeri tutublar. Şpaqa üzrə Raul Aruslanov oğlanlar, Nazilə Rəhimova isə qızların yarışında qalib gəliblər. Rapira üzrə keçirilən turnirdə Məhəmməd Nuriyev oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsində yer alıb, qızların yarışında isə Kamilla Məmmədova birinci yeri əldə edib.
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbər 713 dəfə oxundu.