Bakıda “Vüqar Həşimov memorialı” start götürüb
Dekabrın 18-də azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan super turnirə start verilib.

Açılış mərasimindən sonra atılan püşkün nəticələrinə əsasən, rapid yarışının ilk turunda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Çexiya idmançısı David Navara, Rauf Məmmədov hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli isə Fabiano Karuano ilə qarşılaşırlar. Rusiyalı Sergey Karyakin isə Macarıstan zəka sahibi Riçard Rapporta rəqib olub.

Turnirdə rapid yarışları 14 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Xəbər 299 dəfə oxundu.