Azərbaycan təmsilçisi İspaniyada şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirir
İspaniyanın Sitjes şəhərində şahmat festivalında təmsilçimiz liderlər qrupunda mübarizəni davam etdirir.

Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli 5 turdan 4,5 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Aydın Süleymanlı 4, Məhəmməd Muradlı 3,5, Ülviyyə Fətəliyeva 2,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.

Xəbər 272 dəfə oxundu.