UEFA Konfrans Liqası: “Qarabağ”ın futbolçusu Kadi Borgesin qolu birinci yerə layiq görülüb
UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

“Qarabağ”ın futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdikləri ikinci tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.

Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb.

Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 28 faiz səs toplayıb.

Xəbər 292 dəfə oxundu.