Cavid Qurbanov: Çalışacağıq ki, voleybol idmanında daha böyük uğurlar əldə edək
Azərbaycanda fərdi idman növlərindən fərqli olaraq komanda idman növləri bir qədər zəif inkişaf edib. Komanda idmanı kollektiv əməyin məhsuludur. Belə ki, bir zəif idmançı komandanın məğlubiyyətə uğramasına səbəb olur.

Bu fikirləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov Super Liqa və Yüksək Liqada 2021-2022-ci il mövsümünün açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanda voleybolun komanda idman növləri arasında həmişə öndə olduğunu vurğulayan federasiya prezidenti deyib: “Voleybol idman növü üzrə kuboklar qazanılıb, komandamız Avropa çempionatında dördüncü yeri tutub. Çalışacağıq ki, voleybol idmanında daha böyük uğurlar əldə edək”.

C.Qurbanov artıq idman sahəsində də quruculuq işlərinə start verildiyini bildirib.

Yenidən federasiya prezidenti vəzifəsinə seçilməsi üçün göstərilən etimada görə minnətdarlığını bildirən C.Qurbanov Azərbaycanda voleybolun inkişafına töhfə vermək üçün əzmlə çalışacaqlarını qeyd edib.

AZƏRTAC

Xəbər 277 dəfə oxundu.