“Spartak” klubunun yeni baş məşqçisi müəyyənləşib
Moskvanın “Spartak” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Ruy Vitoriyanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsi Paolo Vanoliyə həvalə olunub. Qırx doqquz yaşlı mütəxəssis son 4 ildə “İnter”, “Çelsi” və İtaliya A millisində Antonio Kontenin köməkçisi işləyib.

Xatırladaq ki, “Spartak” bir neçə gün əvvəl portuqaliyalı Ruy Vitoriyanı istefaya göndərib. Moskva təmsilçisi Rusiya Premyer Liqasında cari mövsümün ilk hissəsini 23 xalla doqquzuncu pillədə başa vurub.

Xəbər 290 dəfə oxundu.