Formula 1 pilotu koronavirusa yoluxub
Formula 1-in pilotu Şarl Leklerin koronavirus testi müsbət çıxıb.

Bu barədə İtaliya komandasının mətbuat xidməti məlumat yayıb.

“Ferrari” komandasının üzvü evdə özünü təcrid edəcək. Belə ki, onun xəstəliyinin simptomları yüngüldür və özünü yaxşı hiss edir.

Qeyd edək ki, ötən mövsümün nəticələrinə görə, Ş.Lekler fərdi yarışda 159 xal toplayaraq yeddinci yeri tutub. İyirmi dörd yaşlı sürücü 2021-ci il mövsümündə ən yaxşı nəticəsini Britaniya Qran-Prisində qazanıb. O, bu yarışda ikinci yeri tutub.

Xəbər 308 dəfə oxundu.