“Sumqayıt” hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir
IV turda “Qəbələ”nin qonağı olacaq “Sumqayıt” hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Komanda səhər məşqində daha çox fiziki və taktiki hazırlıq üzərində çalışıb.
Ötən həftə qolu qırılan Emin Cəfərquliyevin gələn həftədən etibarən məşqlərə başlayacağı bildirilir. “Qarabağ”la görüşdə zədələnən Erdal Çelik isə fərdi məşqlərlə kifayətlənib.
“Sumqayıt” axşam saat 18.00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda növbəti məşqinə çıxacaq.

Xəbər 1036 dəfə oxundu.