Azərbaycan təmsilçiləri İspaniyada şahmat festivalında məğlubiyyətsiz irəliləyirlər
İspaniyanın Sitjes şəhərində şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı növbəti – 4-cü turda heç-heçə ediblər. Şahmatçılarımızın aktivində 3 qələbə, 1 heç-heçə var. Təmsilçilərimiz 3,5 xalla 4-22-ci yerləri bölüşürlər.

Digər təmsilçilərimizdən Ülviyyə Fətəliyeva 2,5, Amil Abbasov 2, Babək Cəfərli 1,5, Niyazi Cəfərov və İlyas Qarayev 1 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.

Xəbər 276 dəfə oxundu.