Boksçumuz Serbiyada beynəlxalq turnirə qələbə ilə başlayıb
Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.

Yığmamızın yarışdakı yeganə idmançısı, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə turnirə qələbə ilə başlayıb. Belə ki, ilk qarşılaşmada moldovalı Vlad Qavriluçla üz-üzə gələn təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib. O, dörddəbir finalda serbiyalı Sandro Poletanla qarşılaşacaq.

Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.

Xəbər 326 dəfə oxundu.