Kempo idman növü üzrə 25-ci açıq respublika çempionatı keçiriləcək
“Sərhədçi” İdman Olimpiya Mərkəzində kempo idman növü üzrə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və “Zəfər Günü”nə həsr edilmiş 25-ci açıq respublika çempionatı keçiriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi icazəsi ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarış uşaq, yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək.

Turnir dekabrın 21-də baş tutacaq.

Xəbər 375 dəfə oxundu.