“Sabah” qapıçısı Saşa Stamenkoviçlə yollarını ayırıb
Uzun müddət Bakının “Sabah” klubunun uğurları üçün çalışan qapıçı Saşa Stamenkoviç “Səbail” ilə oyundan sonra komandadan ayrılacaq.

Serbiyalı qapıçının “Sabah” rəhbərliyinə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.

S.Stamenkoviç 2018-ci ildən komandanın uğurları üçün çalışır. Bu günədək 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/2019-cu il mövsümündə 27, 2019/2020-ci il mövsümündə 19, 2020/2021-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.

Xəbər 282 dəfə oxundu.