MBA tarixinin ən yaxşı qeyri-amerikalı oyunçularının reytinqi müəyyənləşib
Milli Basketbol Assosiasiyası (MBA) tarixinin ən yaxşı qeyri-amerikalı oyunçularının reytinqi müəyyənləşib.

90-cı illərdə “Hyuston Rokets”ə 2 dəfə MBA çempionluğu qazandıran əfsanəvi nigeriyaəsilli basketbolçu Hakim Olajuvon siyahıya başçılıq edir. On il əvvəl “Dallas”ın ilk dəfə çempionluğunda böyük pay sahibi olan almaniyalı Dirk Novitski ikinci yerə sahib çıxıb. Ötən mövsüm “Miluoki”yə çempionluq sevinci yaşadan yunanıstanlı Yannis Adetokumbo isə üçüncü olub.

İlk onluqda Stiv Neş, Pau Qazol, Toni Parker, Manu Jinobili, Nikola Yokiç, Dikembe Mutombo və Mark Qazol da qərarlaşıblar.

Xəbər 345 dəfə oxundu.