Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda keçirilən VIII hesabat-seçki Baş Məclisindən sonra MOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Xəbər 295 dəfə oxundu.