Azərbaycan təmsilçiləri İspaniyada şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirirlər
İspaniyanın Sitjes şəhərində şahmat festivalında Azərbaycan təmsilçiləri liderlər qrupunda mübarizəni davam etdirirlər.

Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçıları - Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı 3 turdan sonra maksimum xalla (3 xal) irəliləyirlər.

Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva 2, Niyazi Cəfərov isə 1,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.

Xəbər 266 dəfə oxundu.