"Qarabağ" klubu Rüstəm Əhmədzadə ilə müqavilə imzalayıb
Ağdamın "Qarabağ" klubu Rüstəm Əhmədzadəni heyətinə qatıb.

Azsport.az Ağdam klubunun rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı hücumçu ilə 2026-cı il iyunun 30-dək müqavilə bağlanılıb. Hücumçu "Qarabağ"ın heyətində 97 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, R.Əhmədzadənin son klubu Ukraynanın "Minay" komandası olub.

Xəbər 300 dəfə oxundu.