“Qarabağ”ın rəqibinin futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər
Fransanın “Marsel” klubunun futbolçusu Bubakar Kamara karyerasını İngiltərədə davam etdirə bilər. İyirmi iki yaşlı müdafiəçi ilə “Mançester Yunayted” və “Nyukasl” yaxından maraqlanır.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Kamaranın Marsel klubu ilə müqaviləsi 2022-ci ilin yayınadəkdir. Fransalı müdafiəçi klubla sözləşməsini yeniləmək istəmir.

“Marsel” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Xəbər 338 dəfə oxundu.