Həmyerlilərimiz “Fənərbaxça”nı dəstəkləyib
Həmyerlilərimiz “Fənərbaxça”nı dəstəkləyib. Ötən gün Moskvada “Spartak”la keçirilən oyunda soydaşlarımız Türkiyə klubuna dəstək verib. Həmvətənlərimiz “Lujniki” stadionuna bayraqlarımızla yollanıb.
Azərbaycanlılarla yanaşı, “Qalatasaray” fanatları da əzəli rəqiblərinə dəstək veriblər. Stadionda çox sayda “Sarı-qırmızılı” forma geyinmiş fanat olub.
Əvəzində “Trabzonspor” fanatları “Spartak”ı dəstəkləyib. Onlar oyun alqı-satqısında günahlandırdıqları “Fənərbaxça”nın məğlubiyyətinə sevinib, Moskva koubunun qələbəsini bayram ediblər.

Xəbər 843 dəfə oxundu.