Azərbaycan millisi Çexiya, İsveç və Uels komandaları ilə qarşılaşacaq
Eşitmə qüsurlu futzalçılardan ibarət Azərbaycan milli komandası final mərhələsi 2022-ci ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələsində çıxış edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, dekabrın 17-19-da İsveçin Höteburq şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B qrupunda Çexiya, İsveç və Uels komandaları ilə mübarizə aparacaq.

Millimiz dekabrın 17-də Çexiya, ertəsi gün İsveç, ayın 19-da isə Uels seçməsi ilə qarşılaşacaq.

Xəbər 541 dəfə oxundu.