Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində iştirak ediblər
Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər.

Təmsilçilərimizdən ən yaxşı nəticəni Xəzər Babazadə göstərib. Belə ki, 11 turdan 7,5 xal toplayan X.Babazadə 34-cü pillədə qərarlaşıb. Digər təmsilçilərimiz Vasif Durarbəyli 7, Murad İbrahimli 6,5, Vüqar Rəsulov 6 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 600-ə yaxın şahmatçı iştirak edib.

Xəbər 342 dəfə oxundu.