Şamaxıda futbol məktəbi fəaliyyətə başlayıb
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şamaxı şəhərinə səfər edib.

Məmmədov Şamaxı şəhər stadionunda AFFA-nın təsis etdiyi futbol məktəbinin məşqini izləyib.

Məktəbin koordinatoru Vəli Qasımov burada hazırlıq keçən uşaqlar və seleksiya prosesi barədə məlumat verib.

Qeyd edək ki, Vəli Qasımovla yanaşı, məktəbdə Şamaxını təmsil edən daha üç nəfər məşqçi fəaliyyət göstərir.



Xəbər 297 dəfə oxundu.