Azərbaycan millisinin rəqiblərindən Bosniya və Herseqovina miniturnirdə iştirak edəcək
Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqiblərindən Bosniya və Herseqovina miniturnirdə iştirak edəcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, rəqibimiz dekabrın 15-də Slovakiya, ertəsi gün Çexiya ilə üz-üzə gələcək. Turnirin son matçında isə onlar Avstriya ilə gücünü sınayacaq. Oyunlar Slovakiyada keçiriləcək.

Qeyd edək ki, Azərbaycan – Bosniya və Herseqovina matçı gələn il yanvarın 29-da Amsterdamda keçiriləcək.

Xəbər 274 dəfə oxundu.