Azərbaycan boksçusu Serbiyada beynəlxalq turnirdə mübarizəyə başlayır
Bu gün Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürür.

Yarışda Azərbaycanı 75 kiloqram çəki dərəcəsində millimizin üzvü Mirşərif Kazımzadə təmsil edir. Boksçumuz bu gün ilk qarşılaşmasında moldovalı idmançı ilə mübarizə aparacaq.

Turnir 4 gün davam edəcək.

Xəbər 305 dəfə oxundu.