“Valensiya” klubunun məşqçiləri koronavirusa yoluxublar
İspaniyanın “Valensiya” klubunda koronavirusa yoluxma aşkarlanıb.

İspaniya klubunun iki məşqçisinin testi müsbət nəticə verib.

Yoluxanların adları açıqlanmır. Buna baxmayaraq, komanda məşqlərini davam etdirir. Çünki məşqçilər korpusunun digər üzvləri və futbolçuların testləri mənfi nəticələnib.

Qeyd edək ki, La Liqanın 17 turundan sonra 25 xala malik Valensiyanın eyniadlı təmsilçisi turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Xəbər 301 dəfə oxundu.