“Zirə” klubu Türkiyədə 3 yoxlama oyunu keçirəcək
Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.

Bakı təmsilçisi təlim-məşq toplanışı məqsədilə Türkiyəyə üz tutacaq.

Baş məşqçi Rəşad Sadıqovun komandası yanvarın 5-də qardaş ölkəyə yollanacaq və Antalyanın Lara bölgəsində məskunlaşacaq. Yanvarın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərin adları dəqiqləşməyib.

Qeyd edək ki, “Zirə” qış fasiləsinə bir tur qalmış hazırda 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Xəbər 305 dəfə oxundu.