Zəfər Gününə həsr edilmiş futzal yarışlarının pley-off mərhələsi başa çatıb
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən və Zəfər Gününə həsr edilmiş futzal yarışlarının pley-off mərhələsi yekunlaşıb.

Pley-off mərhələsində 16 komanda mübarizə aparıb.

Oyunların nəticələrinə əsasən, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti və Ağdam Dövlət Sosial-İqtisad Kolleci dörddəbir final mərhələyə vəsiqə qazanıb.

Yarışlar dekabrın 24-dək davam edəcək.


Xəbər 245 dəfə oxundu.