Dünya Güləş Birliyi azərbaycanlı hakimə təşəkkür edib
Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərə təşəkkür edib.

UWW bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

On referinin arasında Azərbaycan təmsilçisi Asif Şirəliyev də yer alıb. Qurum daha bir inanılmaz güləş ilini başa vurduqlarını, ədalət təmsilçilərinin hər yarışa enerji və həvəs gətirdiyini vurğulayıb.
Qeyd edək ki, Asif Şirəliyev Azərbaycanın yeganə Olimpiya kateqoriyalı güləş hakimidir.


Xəbər 337 dəfə oxundu.