Azərbaycan boksçusu Serbiyada beynəlxalq turnirdə çıxış edəcək
Sabah - dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

4 gün davam edəcək yarışda Azərbaycan yığması 1 idmançı ilə təmsil olunacaq. Belə ki, millimizin üzvlərindən Mirşərif Kazımzadə rinqə çıxacaq. O, 75 kiloqram çəki dərəcəsində gücünü yoxlayacaq.

Qeyd edək ki, yarışda püşkatma mərasimi dekabrın 14-də keçiriləcək.

Xəbər 293 dəfə oxundu.