Beynəlxalq Həvəskar Boks Assosiasiyasının adı dəyişdirilib
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) adı dəyişdirilib.

Bu barədə qərarı qurumun onlayn şəkildə təşkil olunan növbədənkənar konqresi qəbul edib. Uzun illər AIBA kimi fəaliyyət göstərən təşkilat bundan sonra IBA (Beynəlxalq Boks Assosiasiyası) kimi tanınacaq. Bu qərar səsvermədə yekdilliklə qəbul olunub. Həmçinin qərara alınıb ki, qurumun növbəti konqresləri hər il təşkil edilsin.

IBA üç ölkənin üzvlüyünü müvəqqəti dayandırıb. Bunlar Sent-Vinsent və Qrenadin, Vanuatu, Sent-Kitts və Nevisdir.

Xəbər 315 dəfə oxundu.